“Çermet” körpüsünün yaxınlığında kran yandı - Yenilənib+Video

cermet-korpusunun-yaxinliginda-kran-yandi
Oxunma sayı: 1572

Bakıda Ziya Bünyadov prospekti, “Çermet” körpüsünün yaxınlığında nəqliyyat vasitəsində (qaldırıcı kran) yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 

Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
***

FHN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Z.Bünyadov prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “ZİL” markalı qaldırıcı kranda baş vermiş yanğın avtomobilin digər hissələrinə keçmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin hidravlik nasosu yanıb, böyük hissəsi yanğından mühafizə olunub.