Çernobıl AES-in ilk direktoru dünyasını dəyişdi

cernobil-aes-in-ilk-direktoru-dunyasini-deyisdi
Oxunma sayı: 1571

Çernobıl Atom Elektrik Stansiyasının ilk direktoru Viktor Bryuxanov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki,  “Çernobıl Atom Elektrik Stansiyası” Dövlət İxtisaslaşdırılmış Müəssisəsinin Feysbuk səhifəsində yazılıb. Bildirilir ki, 1986-cı il qəzası zamanı AES-ə rəhbərlik edən Bryuxanov 85 yaşında vəfat edib.

Qeyd edək ki, Viktor Bryuxanov 1986-cı il qəzasından sonra vəzifəsindən uzaqlaşdıırlıb və 1988-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. 5 il sonra isə vaxtından əvvəl sərbəst buraxılıb.