Çernobıl faciəsinin ildönümü qeyd edildi

cernobil-faciesinin-ildonumu-qeyd-edildi
Oxunma sayı: 938

Nərimanov Rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Qafqazinfo” xəbər verir ki, öncə Çernobıl qəzasının dəhşətli nəticələrinin aradan qaldırılması zamanı və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün soydaşlarımızın xatirəsi anılıb.

Rayon rəhbərliyi və rayonda yaşayan Çernobıl əlillərinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Çernobıl faciəsinin törətdiyi böyük maddi və mənəvi zərərdən söz açaraq, faciənin bəşəriyyətə və sonrakı nəsillərə vurduğu ağır nəticələr barədə məlumat verib.

Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev həmçinin, qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlının da göndərildiyini və onların 2000 nəfərdən çoxunun şüalanmadan vəfat etdiyini xatırladıb.

Tədbirdə iştirak edən Çernobıl əlilləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz dərin minntdarlıqlarını bildiriblər.

Sonda Çernobıl əlillərinə yardım göstərilib.