Çernobıl qəzası ilə bağlı tədbir keçirilib- - Fotolar

cernobil-qezasi-ile-bagli-tedbir-kecirilib-
Oxunma sayı: 1229


"Qafqazinfo"ya daxil olan məlumata görə, mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı  Asif Əsgərov  bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. Ukrayna və Belorusiyada 300 min nəfər öz yaşayış yerlərini tərk ediblər. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının  fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan “Sarqofaq” əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunub. 

 Toplantıda qeyd olunub ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son 3 il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 3 nəfər minik avtomobili ilə təmin olunmuş, 7 nəfər mənzil və 7 nəfər avtomobil növbəsinə götürülüb, 51 nəfər sanatoriyaya göndərilib, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılıb.