Çernobıl qəzasının ildönümü ilə bağlı tədbir keçirildi

cernobil-qezasinin-ildonumu-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 838


“Qafqazinfo” ya daxil olan məlumata görə, mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçı  Asif Əsgərov  bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub.  Ukrayna və Belorusiyada 300 min nəfər öz yaşayış yerlərini tərk ediblər. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının  fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan “Sarqofaq” əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunub.

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.