Çernobıl AES-nin təcrid zonasında baş verən meşə yanğınları söndürülüb.
“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, yanğının söndürülməsində 400 nəfər canlı qüvvə və 100-ə yaxın texnika iştirak edib. Həmçinin 3 helikopter və 3 təyyarə vasitəsilə əraziyə 538 ton su tökülüb.
Ərazidə açıq yanğın bölgəsinin qalmadığı, yanğının tam söndürülməsinin bu gün başa çatacağı bildirilib. Eyni zamanda qeyd olunub ki, zonada radiasiya səviyyəsində heç bir dəyişiklik müşahidə olunmayıb.
Son xəbərlər
Son Xəbərlər