“Çernobıl”ın ulduzu vəfat etdi

“Çernobıl”ın ulduzu vəfat etdi
Oxunma sayı: 1868

“Harry Potter”, “James Bond” filmləri və “Çernobıl” serialında rol alan ingilis aktyor Paul Ritter 54 yaşında vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktyor evində ölüb.

Onu beynində şiş olub və buna görə müalicə alırmış.

Ritter son olaraq keçən il finala gedən “Friday Night Dinner” adlı televiziya serialında Martin Goodman obrazını canlandırıb.

Onun “Çernobıl” serialında oynadığı nüvə stansiyasının baş mühəndis köməkçisi Anatoli Dyatlov obrazı çox sevilib.