Çernoqoriya parlamentinin deputatları ölkənin NATO-ya daxil olmağı üçün səsvermə keçiriblər.
“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, 81 millət vəkilinin 46-sı layihənin lehinə səs verib.
Müxalif deputatlar səsvermədə iştirak etməyərək parlamentin binasının qarşısında aksiya keçiriblər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 11-də Çernoqoriyanın NATO-ya qoşulması haqqında fərman imzalayıb.
Son xəbərlər
Son Xəbərlər