“Çərpələng”in açılışı oldu - Fotolar

cerpelengin-acilisi-oldu
Oxunma sayı: 5550

“Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUB) nəzdində fəaliyyət göstərən uşaq sığınacağında "Çərpələng" məktəbəqədər kursu fəaliyyətə başlayıb. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, Şəfiqə Fərzəliyeva və Turan Qarayeva adlı iki xanımın öz şəxşi təşəbbüsləri ilə sığınacağın bir otağında yaradılan kurs yardımlar sayəsində bir ay kimi qısa müddətdə lazımı avadanlıqları toplayıb və sinif otağı məşğələlərin keçirilməsinə hazır olub. 

“Çərpələng”də hazırda 5 müəllim və 1 psixoloq fəaliyyət göstərir. Layihənin məqsədi sığınacaqda məskunlaşan uşaqları məktəbəqədər təhsilə cəlb etmək və onların orta məktəblərdə təhsilə başlamalarına dəstək olmaqdan ibarətdir.