Cerrard Səudiyyə Ərəbistanının klubunun baş məşqçisi oldu

cerrard-seudiyye-erebistaninin-klubunun-bas-mesqcisi-oldu
Oxunma sayı: 1922

Stiven Cerrard Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun baş məşqçisi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Liverpul”un keçmiş yarımmüdafiəçisi və kapitanı məşqçilik karyerasına 2017-ci ildə Mersisayd klubunun gənclər komandasında başlayıb. 2019-cu ildə ingiltərəli mütəxəssis “Reyncers”i çalışdırıb, üç ildən sonra “Aston Villa”ya keçib. 2022-ci ilin oktyabrında “Aston Villa”dan istefaya göndərilib.