Bakıda gecə saatlarında yanğın baş verib.
“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı əriyib.
Yanğın zamanı 12 nəfər bina sakini təxliyyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Son xəbərlər
Son Xəbərlər