Çərşənbə tonqalında yanan uşaq 3 gün sonra öldü

cersenbe-tonqalinda-yanan-usaq-3-gun-sonra-oldu
Oxunma sayı: 3653

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.