Gəncədə iki yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo”nun xəbərinə görə, onlar şəhər sakinləri 2005-ci il təvəllüdlü Rəşad Abbasov və 2006-cı il təvəllüdlü Əli Mehdiyevdir. Yeniyetmələr ötən gecə şəhərin ayrı-ayrı ərazilərində çərşənbə tonqalından tullanmaq istəyərkən xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər