“Cəsarətimi Prezident İlham Əliyevin islahatlarından alıram” - Nərmin Yusifova+ Video

cesaretimi-prezident-ilham-eliyevin-islahatlarindan-aliram
Oxunma sayı: 5707

Buzovna qəsəbəsində 13 saylı Xəzər-Pirallahı seçki dairəsində qeydə alınmış namizəd Nərmin Yusifova seçiciləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə N. Yusifova platformasını təqdim edərkən İcra Hakimiyyəti orqanları ilə millət vəkillərinin sıx əlaqədə olmalı olduqlarını bildirib. O, İcra Hakimiyyəti orqanlarının və “Azərsu”, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” kimi təşkilatların görüş əsnasında sadalanan problemlərin səbəbkarı olmadıqlarını sözlərinə əlavə edib. Namizəd qeyd edib ki, əsas problem millət vəkillərinin yerli problemləri işıqlandırmaması ilə bağlıdır. 

Nərmin Yusifova seçiləcəyi təqdirdə daim mövcud problemləri Milli Məclisdə səsləndirəcəyini, bu məsələləri qanun çərçivəsində müvafiq qurumlar qarşısında qaldıracağını qeyd edib:

“Çünki mən sizdən biriyəm, bu ərazidə yaşayıram və bütün sadalanan problemlər bilavasitə məni və mənim ailəmi, yaxınlarımı narahat edən məsələlərdir. Ona görə var gücümlə sizinlə birlikdə onların həllinə çalışacağam”.

Daha sonra, Prezident İlham Əliyevin islahatlarına dəstək olan Rövnəq Abdullayev kimi keçmiş deputatların olduğunu xatırladıb və onu digər deputatlara örnək kimi göstərib. 

Qeyd edək ki, 6-cı çağırış deputat seçkilərinə Rövnəq Abdullayev öz namizədliyini verməmiş və öz dairəsindən olan digər gənc namizədi dəstəkləmişdi.