“Cesur ve güzel” də bitir?

cesur-ve-guzel-de-bitir
Oxunma sayı: 746

Aktyor Onur Saylakla boşanacaqlarına dair xəbərlər yayılan aktrisa Tuba Büyüküstün iş həyatında da sıxıntılı günlər yaşayır.

“Qafqazinfo”nun “Posta” qəzetinə  istinadən verdiyi məlumata görə, “Star TV”də yayımlanan “Cesur ve güzel” serialının baş rol qəhrəmanı Büyüküstün həmkarı Kıvanç Tatlıtuğ çəkilişə tez-tez gecikdiyi üçün əsəbiləşib. 

İddiaya görə, daha öncə də dəfələrlə məşhur aktyoru gözləyən aktrisa çəkiliş məkanından ayrılaraq “Gələndə xəbər verərsiniz” deyib. Çəkiliş komandasının “Belə gedərsə, serial erkən bitəcək” deyə danışdığı bildirilir.