Çətənəni böyürtkən kolları arasında becərdi - Foto

ceteneni-boyurtken-kollari-arasinda-becerdi
Oxunma sayı: 1339

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vladimirovka kənd sakini 41 yaşlı Taleh Balayev saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, hal şahidlərinin iştirakı ilə onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı, böyürtkən kolları arasında T.Balayev tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək dibçəklərdə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.