“Çətin qış olacaq” - Zelenski

cetin-qis-olacaq
Oxunma sayı: 4022

Ukrayna ölkədə hasil edilən qaz və kömürün xaricə ixracından imtina edəcək. Bütün yerli istehsal vətəndaşların ehtiyaclarına yönəldiləcək. 

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətinə deyib.

“Bu gün biz istilik mövsümü üçün kifayət qədər qazın alınması, kömürün yığılması, elektrik enerjisi istehsalı məsələlərini müzakirə etdik. Rusiyanın təcavüzü nəticəsində indi yaşadığımız şəraitdə bu, həqiqətən də, bütün müstəqillik illərində ən çətin qış olacaq”, - deyə dövlət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna elektrik enerjisinin ixracı imkanlarını artırmaq üçün hər şeyi edir. Bu gün Ukraynada mövcud olan imkanlarla bunu etmək mümkündür.