“Çətinliklərə baxmayaraq, biz bunu bacardıq” - Zaur Svanadze

cetinliklere-baxmayaraq-biz-bunu-bacardiq
Oxunma sayı: 698

“İnter” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Serbiya “Mladost”una (2:0) qalib gələrək, iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Zaur Svanadze görüş barədə fikirlərini bildirdi. Gürcüstanlı mütəxəssis qələbəni belə şərh etdi: “Rəqib çox yaxşı komanda idi. 3:0 qalib gəlməyimizə baxmayaraq, həyəcanlı idim. 6 ildir ki, burda çalışıram. Son 3 ildə çoxlu çətinliklərlə üzləşdik. Uşaqlara minnətdarlıq edirəm. Bütün çətinliklərə baxmayaraq, biz bunu bacardıq və mərhələni keçdik”.