Cevdet Yılmazın Azərbaycana səfəri başa çatıb

cevdet-yilmazin-azerbaycana-seferi-basa-catib
Oxunma sayı: 4643

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın iyulun 6-da Azərbaycana səfəri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola salıb.