Çexiyanın ədliyyə naziri Tatyana Mala təyinatından 12 gün sonra istefa verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir diplom işinin plagiat olması ilə bağlı ittihamlardan sonra bu addımı atıb. Mala plagiat məsələsinin həqiqəti əks etdirmədiyini, medianın bu mövzunu şişirtdiyini deyib: “Mənim əleyhimə kampaniya aparılır, ona görə də bu yaxınlarda təyin edildiyim postdan getmək qərarına gəlmişəm”.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər