Çexiya millimizi darmadağın etdi

cexiya-millimizi-darmadagin-etdi
Oxunma sayı: 4632

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Çexiyanın Opava şəhhərində keçirilən qarşılaşma millimizin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Norveçə 0:1 hesabı ilə uduzub.

Avropa çempionatı
Seçmə mərhələ

12 oktyabr

20:00 Çexiya - Azərbaycan - 4:0

Firbacher, 4, 68, Cerv L., 10, Zeronik, 48, 

Baş hakim: Alan Mario Sant  (Malta)