Çexiya millisi Avro-2020-yə qələbə ilə başladı

cexiya-millisi-avro-2020-ye-qelebe-ile-basladi
Oxunma sayı: 1762

Futbol üzrə Avropa çempionatı davam edir.

"Qafqazinfo" xəbər verir ki, günün ilk matçında D qrupu çərçivəsində Şotlandiya və Çexiya yığmaları üz-üzə gəlib.

Qarşılaşma Çexiya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci matçı E qrupunda Polşa və Slovakiya yığmaları arasında baş tutacaq. Qrupun digər oyununda isə İspaniya və İsveç milli komandaları qarşılaşacaq.

AÇ-2020
14 iyun

D qrupu

Şotlandiya – Çexiya 0:2
Qol: P.Şik, 42; 52.
Baş hakim: Daniel Zibert (Almaniya).
Qlazqo. Hampden Park stadionu.