Çexiya Niderlandı evə göndərdi - Yenilənib

cexiya-niderlandi-eve-gonderdi
Oxunma sayı: 4320

Futbol üzrə Avropa çempionatı davam edir.

"Qafqazinfo" xəbər verir ki, bu gün 1/8 final mərhələsi çərçivəsində daha iki oyun baş tutacaq.

Əvvəlcə Budapeştdəki “Puşkaş Arena”da Niderland və Çexiya yığmaları üz-üzə gələcək. Günün digər matçı isə Sevilyada, Belçika və Portuqaliya yığmaları arasında keçiriləcək.

Xatırladaq ki, daha öncə Danimarka və İtaliya yığmaları 1/4 finala vəsiqə qazanıb.

AÇ-2020
1/8 final
27 iyun

20:00 Niderland – Çexiya - 0:2.

Qol: Holeş, 68, Patrik Şik, 80.

Baş hakim: Sergey Karasyov (Rusiya).
Budapeşt. “Puşkaş Arena”.

Niderland: 1. Martin Stekelenburq, 3. Matteys De Liqt, 6. Stefan de Vrey, 8. Corcinyo Veynaldum (k), 10. Memfis Depay, 12. Patrik van Aanholt, 15. Marten de Ron, 17. Deyli Blind, 18. Donyell Malen, 21. Frenki de Yonq, 22. Denzel Dumfris.

Çexiya: 1. Tomaş Vatslik, 2. Pavel Kaderabek, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 7. Antonin Barak, 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 13. Petr Şevçik, 15. Tomaş Souçek (k).

***

Oyun başladı.

***

İlk hissə qolsuz başa çatdı.

***

İkinci hissə başladı.

***

55-ci dəqiqədə Niderland millisi azlıqda qalır. Matteys De Liqt qırmızı vərəqə ilə meydandan qovulur.

***

68-ci dəqiqədə Çexiya millisi hesabı açır. Tomas Holeş fərqlənir.

***

80-ci dəqiqədə Patrik Şik Çexiyanın ikinci qolunu vurur - 2:0.

***

Qarşılaşma başa çatdı. Niderlandı 2:0 hesabı ilə məğlub edən çexlər 1/4 finalda!