Ölkəmizdə səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zeman Bakı Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, rektor, akademik Abel Məhərrəmov Miloş Zemanın universitetə gəlişinin əhəmiyyətindən danışıb, bunu BDU-nun tarixində ən əlamətdar günlərdən biri kimi xarakterizə edib.
Prezident Miloş Zeman Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib. Ali qonaq ölkələrarası münasibətlərdən danışıb, elm və təhsil sahəsində əlaqələrin hazırkı durumundan razılıq ifadə edib və onun daha da inkişafının vacibliyini qeyd edib.
Sonra Çex Respublikasının Prezidenti Miloş Zeman tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Görüşdə Azərbaycanın Cex Respublikasındakı səfiri Fərid Şəfiyev və həmin ölkənin Azərbaycandakı səfiri Vitezslav Pivonka da iştirak edib.
Son xəbərlər
Son Xəbərlər