Çexiya Prezidenti motosiklet sürərkən xəsarət aldı

cexiya-prezidenti-motosiklet-surerken-xesaret-aldi
Oxunma sayı: 2052

Çexiya Prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkə liderinin administrasiyası sosial şəbəkə hesablarında yazıb.

“Onun xəsarətləri ciddi deyil, lakin Mərkəzi Hərbi Hospitalda qısamüddətli müşahidə tələb olunur”, - məlumatda deyilir.

Administrasiya əlavə edib ki, ətraflı məlumat daha sonra veriləcək.

Xəstəxananın sözçüsü Jitka Zinke jurnalistlərə açıqlamasında xəsarətin ciddi olmadığını təsdiqləyib. Onun sözlərinə görə, prezident hələ də həkim nəzarəti altındadır. O, xəstəxanada qalma müddətini açıqlamayıb.

Qeyd edək ki, Peter Pavel avtoidman həvəskarıdır və asudə vaxtlarında motosiklet sürməyi sevir.