Çexiya Ukraynaya ağır hərbi texnika göndərəcək

cexiya-ukraynaya-agir-herbi-texnika-gonderecek
Oxunma sayı: 1378

Çexiya hökuməti Ukraynaya ağır texnikanın daxil olduğu yeni hərbi yardım partiyasının göndərilməsini təsdiqləyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yana Çernoxova bildirib. 

Onun sözlərinə görə, Çexiya indiyədək Ukraynaya 4,2 milyard dollar yardım edib.

Eyni zamanda, nazir təhlükəsizlik baxımından daha ətraflı məlumat yaymayıb.