Çexiya xristian qaçqınlara üstünlük verir

cexiya-xristian-qacqinlara-ustunluk-verir
Oxunma sayı: 757

Fevralın 5-də Çexiyanın Yiqlava şəhərinə İraqdan olan xristian qaçqınların ikinci qrupu gələcək.

“Qafqazinfo”nun AzərTAC-a istinadən verdiyi məlumata görə, köçmə prosesinə kömək edən “Pokoleniye 21” xeyriyyə fondunun nümayəndəsi Martin Fridl deyib ki, təqribən 20 nəfərdən ibarət qrupun yarısı uşaqlardır.

İraq xristianlarının ilk qrupu yanvarın 24-dən Yiqlava şəhərinin “Okrouhlik” istirahət mərkəzində yaşayır. Hazırda köçkünlərin sənədləri rəsmiləşdirilir.

Fevralın 1-də qaçqınlar intensiv çex dili kursları keçməyə başlayıblar. Çexiyada sığınacaq tapan İraq xristianları qondarma “İslam dövləti” bölmələrinin ələ keçirdikləri Mosul şəhərindən gəliblər.

İnsan hüquqları təşkilatları artıq Çexiyanı qaçqınların qəbulu prosesində dini ayrı-seçkiliyə görə tənqid ediblər.