Çexiya Yunanıstanı məğlub etdi, Polşa Rusiya ilə sülhə razılaşdı

cexiya-yunanistani-meglub-etdi-polsa-rusiya-ile-sulhe-razilasdi
Oxunma sayı: 641

Qol.Az-ın məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin beşinci günündə daha iki qarşılaşma baş tutub.

İlk öncə meydana Yunanıstan və Çexiya yığmaları çıxıb. İlk görüşdə Polşa ilə heç-heçə edən (1:1) Yunanıstan millisi turnirdə ilk qələbəsini qazanmaq niyyətində idi. Lakin 3 dəqiqə ərzində 2 dəfə fərqlənən Çexiya millisi turnirdə ilk qələbəsini qazanıb - 2:1.

Günün son qarşılaşmasında isə meydan sahibləri olan Polşa millisi Rusiya yığmasını sınağa çəkib. İlk görüşdə Çexiyanı 4:1 hesabı ilə darmadağın edən Rusiyanı bu görüşdə 1 xal da qane edirdi. Lakin Polşa millisi vəziyyətini çətinləşdirməmək üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıb - 1:1.