Çex Respublikasında martın 22-dən sonra ilk dəfə koronavirusdan ölüm qeydə alınmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çexiya Səhiyyə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, ötən gün ərzində ölkədə koronavirusdan dünyasını dəyişən olmayıb.
Qeyd edək ki, Çexiyada 6,303 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, ümumilikdə 166 nəfər xəstəlik səbəbindən həyatını itirib.
Ölkədə koronavirusa ilk yoluxma faktı martın 1-i, ilk ölüm halı isə martın 22-si qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər