Çexiyada helikopter düşdü, ölənlər var

cexiyada-helikopter-dusdu-olenler-var
Oxunma sayı: 894

Çexiyada iki yerlik “Heli-Sport CH-77 Ranabot” helikopteri qəzaya uğrayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, helikopter Praqanın yaxınlığında 90 metr hündürlükdən düşüb. Göyərtədəki 2 nəfər dünyasını dəyişib.

Helikopterin qəzaya düşməsi səbəbləri araşdırılır.