Çexiyada koronavirusa yoluxanların sayı 5 mini ötdü

cexiyada-koronavirusa-yoluxanlarin-sayi-5-mini-otdu
Oxunma sayı: 641

Çexiyada koronavirusa yoluxanların sayı daha 195 nəfər artaraq 5017-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çexiya Səhiyyə Nazirliyinin mətbuat xidməti açıqlama verib.

Açıqlamada qeyd olunur ki, ölkə üzrə ümumilikdə 91 mindən çox insan koronavirus testindən keçib. Xəstəlik səbəbindən 88 nəfərin həyatını itirdiyi, 172 pasiyentin isə sağalaraq evinə buraxıldığı bildirilib.

Qeyd edək ki, Çexiyada aprelin 30-na qədər fövqəladə vəziyyət elan olunub.