Çexiyada ölkə tarixinin ən güclü qasırğası, 150 yaralı - Fotolar

cexiyada-olke-tarixinin-en-guclu-qasirgasi-150-yarali
Oxunma sayı: 1266

Çexiyanın Moravia bölgəsində qasırğa baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, çox sayda ev zərər görüb, 150 nəfər isə yaralanıb.

Qasırğa xüsusən bölgədəki yeddi kənddə dağıntılara səbəb olub. Bir çox ev tamamilə dağılıb. Çökən binların altında qalanların axtarışları davam edir.

Daxili işlər naziri Jan Hamacek çox sayda xilasetmə, təcili yardım və xüsusi qrupun göndərildiyi bölgə ilə bağlı böhran qrupunun yaradıldığını deyib.

Mütəxəssislər bunun ölkə tarixindəki ən güclü qasırğa olduğunu bildiriblər.