Çexiyada “Qalaaltı” təqdimatı - Fotolar

cexiyada-qalaalti-teqdimati-
Oxunma sayı: 3559

2016-cı ilin 13-15 aprel tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Çexiyanın Karlovı Varı şəhərində təşkil olunmuş konfransda “Qalaaltı” regionunun təqdimatı keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyasının nümayəndəsi Vüqar Əliyev və Qalaaltı sanatoriyasının meneceri Çingiz Hacıyevdən ibarət nümayəndə heyəti təmsil olunur.

Tədbirin açılış mərasimində baş tutan Baş Assambleyada Avropa Tarixi Termal Şəhərlər Birliyinin prezidenti Quiseppa Bellandi, Karlovı Varı şəhərinin merinin müavini Jiri Klsak, üzv ölkələrin nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.

EHTTA-nın prezidenti Quiseppa Bellandi çıxışında bu layihələrin ölkələrə verdiyi tövhələr və gələcəkdə daha çox üzv şəhərlərin müəyyənləşdirilməsi, eləcə də layihə vasitəsilə sağlamlıq turizmi növü üzrə turistlərin cəlb olunmasının vacibliyini vurğulayıb.

Məlumat üçün bildiririk ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı “Qalaaltı” sanatoriyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçildiyi barədə qərar qəbul edilib.