Çexiyadakı qatar qəzasında 52 nəfər yaralanıb, ölən var - Yenilənib

cexiyadaki-qatar-qezasinda-52-nefer-yaralanib-olen-var
Oxunma sayı: 1365

Çexiyada Milavçe kəndi ərazisində iki qatar toqquşub.

“Qafqazinfo” “The Mirror”a istinadən xəbər verir ki, hadisə səhər saat 08:00 radələrində Domajlise və Blijyev stansiyaları arasında baş verib.

Məlumata əsasən, toqquşma nəticəsində azı 50 nəfər yaralanıb, iki nəfər həlak olub. 7 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

***

Ölkənin Yanğından Mühafizə İdarəsinin nümayəndəsi Yaroslav Qrdliçkanın sözlərinə görə, toqquşma nəticəsində həlak olan iki nəfər hər iki qatarın maşinistidir. Bununla yanaşı, 52 nəfər yaralanıb. Onların 3-ü ağır, 48-i isə nisbətən yüngül formada yaralanıb. Sərnişinlərdən biri hələ tapılmayıb. 

***

Çexiya polisinin verdiyi məlumata görə, qəza zamanı ölənlərin sayı 3-ə çatıb. Bununla da, itkin düşmüş sərnişinin axtarışlarına son qoyulub.