Çexiyadan Aİ və NATO-ya üzv ölkələrə çağırış

cexiyadan-ai-ve-nato-ya-uzv-olkelere-cagiris
Oxunma sayı: 1665

Çexiyanın xarici işlər naziri Yan Hamaçek Avropa İttifaqı (Aİ) və NATO-ya üzv dövlətləri rusiyalı diplomatları ölkədən çıxarmağa çağırıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nazir həmin ölkələri Praqa ilə həmrəylik göstərməyə dəvət edib:

“Aİ və NATO ölkələrini həmrəylik göstərərək diplomatların çıxarılması ilə bağlı kollektiv addım atmağa çağırırıq”.

Çex nazir, həmçinin əlavə edib ki, nota vermək üçün rusiyalı səfiri XİN-ə dəvət edib.