Çexiyadan Rusiyaya qarşı sanksiyalarla bağlı Macarıstana - Reaksiya

cexiyadan-rusiyaya-qarsi-sanksiyalarla-bagli-macaristana
Oxunma sayı: 1986

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyadan neft alışını qadağan etməyi planlaşdıran Avropa İttifaqı (Aİ) Komissiyasının yeni sanksiyalar paketi ilə bağlı Macarıstanın mövqeyini tənqid edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda tviter hesabından açıqlama verib.

Avropanın hər zamankındən daha çox birlik olması lazım olduğunu bildirən Lipavski, "Macarıstan hökumətinin Rusiyanın enerji ixracatını hədəf alan hər hansı dəstəkləməmə qərarı və bu yanaşması qəbuledilməzdir", - deyib.

Çexiya mətbuatının yazdığına görə, Aİ Komissiyasının Rusiyadan neft idxalına qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar paketi Macarıstan və Slovakiya üçün 2024-cü ilin sonuna, Çexiya üçün isə 2024-cü ilin ortalarına qədər təxirə salınmasını nəzərdə tutur. Çexiya və Slovakiya bu təklifi qəbul etsə də, Macarıstanın buna qarşı çıxmaqda davam etdiyi iddia edilir.

Macarıstanın Baş naziri Viktor Orban, Rusiyadan neft alışını da qadağan etməyi planlaşdıran yeni sanksiyalar paketinin “qəbuledilməz” olduğunu bildirərək, “Neft embarqosu qəbul edilərsə, bu, Macarıstan iqtisadiyyatına atom bombası atılması anlamına gələcək" deyib.