"Qafqazinfo"ya daxil olan məlumata görə, tələbə-müəllim heyəti ilə keçirilən görüşdə rektor, akademik Abel Məhərrəmov ölkələrarası münasibətlərdən, elm və təhsil sahəsində görülən işlərdən, Azərbaycan və Çexiya universitetləri arasındakı əməkdaşlıqdan, tələbə - müəllim mübadiləsi, birgə layihələr üzərində həyata keçirilən işlərdən bəhs edib. Sonra cənab Petr Drulak çıxış edərək iştirakçıları salamlayıb, Bakı Dövlət Universitetində keçirilən bu görüşün əhəmiyyətindən söz açıb, Çexiya- Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edib.
Qonaqlar universitetin Tədris elektron mərkəzi ilə tanış olduqdan sonra görüş Çexiya Xarici işlər nazirinin müavini Petr Drulakın universitet tələbələri üçün mühazirəsi ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər