Çexiyanın xokkey üzrə yığmasının keçmiş qapıçısı Dominik Qaşek 2023-cü ildə ölkədə keçiriləcək prezident seçkilərinə qatılmağı düşünür.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu xokkeyçi yerli mediaya müsahibəsində deyib. Qaşek bildirib ki, o, bu barədə uzun müddətdir ki, ciddi şəkildə düşünür.
Qeyd edək ki, artıq sosial şəbəkələrdə Qaşekə bununla bağlı dəstək mesajları gəlməyə başlayıb. İdmançının ölkədəki məşhurluğu onun seçkilərdə şansını daha da artırır.
Son xəbərlər
Son Xəbərlər