Çexiyanın birinci xanımı “İçərişəhər”də - Fotolar

cexiyanin-birinci-xanimi-iceriseherde-
Oxunma sayı: 1761

Azərbaycanda rəsmi səfərdə olan Çex Respublikası Prezidentinin xanımı İvana Zemanova sentyabrın 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, qonağın İçərişəhərlə tanışlığı Qoşa Qala qapısından başlayıb. Kiçik Qala küçəsində gəzinti zamanı Çexiyanın birinci xanımı təndirdə bişirilən çörəyə qonaq edilib.

Sonra İvana Zemanova elektromobillə İçərişəhərdə gəzintiyə çıxıb. Qonaq Miniatür Kitab Muzeyində də olub. İ.Zemanovaya muzeyin fəaliyyəti və onun ekspozisiyasına daxil olan kitablar barədə ətraflı məlumat verilib.
Sonda İvana Zemanovaya xatirə hədiyyələri təqdim edilib.