Çexiyanın yeni Prezidenti and içdi

cexiyanin-yeni-prezidenti-and-icdi
Oxunma sayı: 1413

Çexiyanın yeni seçilmiş Prezidenti Petr Pavelin andiçmə mərasimi keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mərasim martın 9-da Praqa qəsrində baş tutub.

"Mən Çexiyaya sədaqətlə and içirəm. Onun konstitusiyasına və qanunlarına əməl etməyi öhdəmə götürürəm. Bütün xalqın rifahı naminə, biliyim və vicdanım daxilində vəzifələrimi yerinə yetirmək üçün şərəfimə and içirəm", - deyə yeni prezident vurğulayıb.