Ceyhan limanından dünya bazarlarına- - 2,2 milyon ton

ceyhan-limanindan-dunya-bazarlarina-
Oxunma sayı: 856


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin məlumatına görə, bu həcmin 1 milyon 459 min 633 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 11 milyon 703 min 142 ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri istismara verilən gündən cari il iyunun 1-dək Ceyhan limanından 244 milyon 847 min 56 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.