Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü

ceyhun-bayramov-atet-sedri-ile-gorusdu
Oxunma sayı: 1067

Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde arasında görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tvitter səhifəsində məlumat verilib.

Qeyd olunub ki, görüşdə tərəflər Azərbaycanla İsveç arasındakı ikitərəfli əlaqələri, bölgədə mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, ATƏT-lə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.