Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü - Foto

ceyhun-bayramov-atet-sedri-ile-gorusdu
Oxunma sayı: 912

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşüb.

Bu barədə "Qafqazinfo"ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov bölgədə olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış və digər məsələlər barədə həmkarına məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri, habelə ATƏT-in Nazirlər Şurasının toplantısına hazırlıq məsələlərini müzakirə ediblər.