Ceyhun Bayramov ATƏT sədri ilə sərhəddəki gərginliyi müzakirə etdi

ceyhun-bayramov-atet-sedri-ile-serheddeki-gerginliyi-muzakire-etdi
Oxunma sayı: 4075

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə telefon danışığı baş tutub.

XİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar. 

Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.