Ceyhun Bayramov Avstriyaya getdi

ceyhun-bayramov-avstriyaya-getdi
Oxunma sayı: 790

Xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nazir, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.