Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahidlə görüşüb.
XİN-in Mətbuat xidməti idarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, beynəlxalq təşkilatın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər BA sədrliyinin prioritet məsələləri, o cümlədən gənclərlə iş, iqlim dəyişikliyi, gender bərabərliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
BMT BA sədri Abdulla Şahid Azərbaycanın bölgədə dayanıqlı sülh quruculuğu səylərinin və quruculuq işlərinin təqdirəlayiq olduğunu söyləyib.
Görüşdə tərəflər, həmçinin BMT gündəliyində qarşılıqlı maraq doğuran digər məsələlərini müzakirə ediblər.





Son xəbərlər
Son Xəbərlər