Ceyhun Bayramov Çavuşoğlu ilə bu məsələləri müzakirə edib

ceyhun-bayramov-cavusoglu-ile-bu-meseleleri-muzakire-edib
Oxunma sayı: 686

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini, habelə beynəxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər.

Tərəflər bölgədəki mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıb.