Ceyhun Bayramov Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi - Yenilənib

ceyhun-bayramov-cavusoglu-ile-bu-meseleleri-muzakire-etdi
Oxunma sayı: 1647

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, danışıq zamanı yerli və beynəlxalq bir sıra məsələlər müzakirə edilib.

Həmçinin, danışıq zaman yaxın zamanlarda keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi də aparılıb.

***

24 fevral 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı  Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər, habelə yaxın zamanlarda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Nazirlər həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.