Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı

ceyhun-bayramov-cavusoglu-ile-danisdi
Oxunma sayı: 1566

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər bölgədəki cari vəziyyət, o cümlədən Ukrayna ətrafındakı məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.