Ceyhun Bayramov Çavuşoğlu ilə də görüşdü - Foto

Ceyhun Bayramov Çavuşoğlu ilə də görüşdü
Oxunma sayı: 589

Ankaraya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında geniş tərkibli görüş keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Həmçinin, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşünə dair paylaşım edib.

Nazirin sözlərinə görə, C.Bayramovla əməkdaşlıq imkanları müzakirə olunub.

“Can Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla əməkdaşlıq imkanları və Dağlıq Qarabağdakı son yenilikləri müzakirə etdik. Azad edilən torpaqların yenidən qurulması və inkişafı üçün dəstəyimiz davam edəcək”.

XİN rəhbəri onu da əlavə edib ki, yaxında şəxsiyyət vəsiqəsi ilə səyahətlər başlayacaq.